Hakan Şükür qovuldu

Hakan Şükür qovuldu
Türkiyənin hakim partiyası ilə Fətullah Gülənin rəhbərlik etdiyi qruplaşma arasındakı gərginlik davam edir. Fanat.az xəbər verir ki, bir neçə gün əvvəl deputat mandatından imtina edən AKP-dən deputat seçilmiş Gülən tərəfdarı Hakan Şükür daha bir işini itirib.
Belə ki, "Qalatasaray" və Türkiyə yığmasının sabiq üzvü "Lig TV"dən kənarlaşdırılıb. Türkiyə mətbuatının məlumatına görə, "Digitürk" "Lig TV"də şərhçilik edən vetaran futbolçunun müqaviləsini vaxtından əvvəl pozub.
Şükür Türkiyə mətbuatına açıqlamasında bunun onun üçün gözlənilən qərar olduğunu bildirib: "Sözün düzü, son açıqlamalarımdan sonra bunu gözləyirdim. Bir az öncə "Digitürk"ün baş direktoru Ertan Özerdem zəng etdi və qərarı açıqladı. İmzaladığım müqaviləyə əsasən təzminant almamalıyam. İnşallah bu qərar onlar üçün də xeyirli olar. Mənim taleyim belədi. Futbolçu olanda da, şərhçilik edəndə də uğur qazanmağıma icazə vermədilər. Bundan sonra görə biləcəyim bir iş yoxdu. Həftə sonlarını ailəmlə keçirəcəm, matçları izləyəcəm"
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər