Nizami Hacıyevin növbəti dəfə öləkni tərk etmək istəyi baş tutmayıb. Fanat.az xəbər verir ki, yarımmüdafiəçi "Qəbələ"də qalmalı olub.
Belə ki, yayda Polşanın "Poqon" və "Karona" klublarının maraq dairəsinə düşən futbolçu "İnter"in ğələb etdiyi transfer haqqı ödənmədiyindən baş tutmamışdı. Bir müddət əvvəl "Poqon" yenidən Hacıyevi Polşaya dəvət etmişdi. Lakin keçid yenə baş tutmayıb. Bu səbəbdən Nizami "İnter"də qalıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu "Qəbələ"nin heyətində 14 Premyer Liqa matçına çıxıb və 779 dəqiqə oynayıb.
Fanat.az