"Rəvan"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, Bakı klubu bu gün Güvenç Kurtarla rəsmi müqavilə imzalayıb. Anlaşmanın müddəti 1 ildi.
Futbolçu karyerası ərzində "Beşiktaş”, "Mersin İdman Yurdu”, "Bursaspor”, "Altay” və "Kocaelispor”da çıxış etmiş 63 yaşlı mütəxəssis məşqçiliyə 1990-cı ildə başlayıb. İlk iş yeri "Darıca Gənclərbirliyi” olan Kurtar daha sonra "Kocaelispor”, "Sarıyer”, "Petrolofisi”, "Əskişəhərspor”, "Zeytinburnuspor”, "Diyarbəkirspor”, "Elazığspor”, "Akçaabat Sebatspor”, "Çaykur Rizəspor”, "Dənizlispor”, "Bursaspor”, "Altay” və "Adana Dəmirspor”da fəaliyyət göstərib.
Futbolçu kimi 1979/80 mövsümündə "Kocaelispor”un elitaya çempion kimi yüksəlməsinə hərtərəfli yardım edən Kurtar həmin mövsüm bombardir olmağı da bacarıb. Özü də o, final matçında həm oyunda, həm də penaltilər seriyasında qol vurub. 12 il sonra bu uğuru məşqçi kimi təkrarlayıb. Onun çalışdırdığı "Kocaelispor” 1991/92 mövsümündə çempion olaraq elitaya yüksəlib. Üstəlik, Güvenç hoca dərhal da yüksək liqada iddialı komanda yaratmağı bacarıb. Onun rəhbərliyi altında çempionluğa oynayan "Kocaelispor” "Fənərbaxça”nı qabaqlayaraq mövsümü 4-cü sırada bitirmiş və Türkiyəni UEFA Kubokunda təmsil etmək hüququ qazanmışdı. 2000/01 mövsümündə isə Kurtar "Diyarbəkirspor”u Super Liqaya çıxarmağa nail olub.
Fanat.az