Azərbaycan Güləş Federasiyasıdan biabırçı qərar - FOTOLAR

Azərbaycan Güləş Federasiyasıdan biabırçı qərar - FOTOLAR
Mayın 27-də Bolqarıstanın paytaxtı Sofiyada 15 yaşlı güləşçilər arasında Avropa çempionatı start götürüb. 
Qitə birinciliyində Azərbaycan yığması güləşin hər iki növündə təmsil olunmalı idi.  
Lakin yunan-Roma güləşçilərimiz çempionata qatılsa da, sərbəst güləşçilərimiz iştirak etməyib. Maraqlıdır ki, çempionatdan əvvəl Azərbaycan Güləş Federasiyası sərbəst güləşçilərimizin iştirak vərəqəsini göndərib. 
Lakin sonradan bəlli olmayan səbəbdən güləşçilərimiz AÇ-yə yollanmayıb. 
Nəticədə komandamızın üzvlərinə texniki məğlubiyyət verilib. 
Sərbəst güləşçilərimiz Emin Cavadlı, Turan Daşdəmirov, Nurlan İbadzadə, Murad Əliyev, Elşad Abbasov yarışı iştirak etmədən məğlubiyyətlə başa vurublar.  Sonda Azərbaycan yığması turniri 0 xalla başa vurub. //Qafqazinfo.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər