Belaruslu mütəxəssis Lyudas Rumbutis öz ölkəsinin milli komandasının baş məşqçi postuna namizədlərə dair suala cavab verərkən, Berti Foqtsu misal çəkib. Fanat.az xəbər verir ki, o, yığma komandalarını yerli mütəxəssisin çalışdırmasını istədiyini birmənalı şəkildə bildirib.
Rumbutis fikirlərini bu cür əsaslandırıb: "Əcnəbi mütəxəssis dəvət edilsə ona 1 kq maaş verməli olacağıq. Bunun millimizə hansı xeyri dəyəcək ki? Azərbaycanda Berti Foqtsa astronomik məvacib verirlər. Nə dəyişib ki? Necə qapılarından 5 top buraxırdılarsa, eyni qaydayla da davam edirlər".
Qeyd edək ki, Foqtsun rəhbərlik etdiyi yığmamız son oyununda qapısında 5 yox, 6 top görüb.
Fanat.az