Millimizin məşqçiləri Topaz Premyer Liqasının XXX turunun oyunlarına canlı baxacaq. Fanat.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu tur yığmamızın baş məşqçisi Berti Foqts 2 oyun izləyəcək.
Alman öncə 15.00-da başlayacaq “Bakı” – “Xəzər Lənkəran” matçını izləmək üçün Biləcəriyə yollanacaq. Foqts daha sonra 17.00-da start götürəcək “İnter” – “Neftçi” derbisi üçün Keşləyə gedəcək.
Onun köməkçilərindən biri olan Aslan Kərimov “Sumqayıt” – “Simurq” matçına baxacaq. Digər yerli köməkçi Mahmud Qurbanov isə günün son matçını “Qarabağ” – “Rəvan” qarşılaşmasını seyr edəcək.
Fanat.az