FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik etdi

FIDE prezidenti azərbaycanlı dünya çempionlarını təbrik etdi

İtaliyada 20 yaşadək şahmatçılar arasında dünya çempionatının bağlanış mərasimi keçirilib.

Fanat.Az xəbər verir ki, mötəbər yarışın qalibi olan Azərbaycan şahmatçıları Gövhər Beydullayeva və Abdulla Qədimbəyliyə qızıl medal və kubok təqdim olunub.

Dünya çempionlarının şərəfinə Azərbaycan himni səsləndirilib.

Bağlanış mərasimindən sonra FIDE prezidenti Arkadi Dvorkoviç azərbaycanlı dünya çempionlarını tarixi qələbə münasibəti ilə təbrik edib, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər