Fərid Quliyev hansı klublardan təklif alıb?

Fərid Quliyev hansı klublardan təklif alıb?
Fərid Quliyev karyerasını yenidən Türkiyədə davam etdirəcək. Fanat.az xəbər verir ki, bu barədə hücumçu özü məlumat verib. 
Quliyev bildirib ki, hazırda Türkiyənin 3 klubunun transfer siyahısında yer alıb: "Bunlar "Mersin İdman Yurdu", "Tavşanlı Linyitspor" və "Fethiyespor"du. Danışıqları menecerim aparır. Mən bütün işləri ona həvalə etmişəm. Çox yaxında yeniliklər olmalıdı".
Qeyd edək ki, Quliyev son olaraq, çıxış etdiyi "Kahramanmaraş"dan maliyyə probleminə görə ayrılıb.
Futbol11.az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər