Çempionumuzun potensial rəqibi bilindi

Çempionumuzun potensial rəqibi bilindi

Çempionlar Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq 30 komandadan 11-i məlumdu. Fanat.az xəbər verir ki, Azərbaycan çempionunun da mübarizəyə başlayacağı mərhələyə30-dan əlavə 4 komanda I təsnifatdan gələcək.

 

 Topaz Premyer Liqasının lideri “Qarabağ”ın mövqeyini qoruyacağı halda yer alacağı səpələnmişlər sırasına düşənlərdən 5-nin adı bilinir. Səpələnməmişlərdən isə yalnız 1 komandanın kimliyi bəllidi. Digər 5 çempion isə bu adı qazansa da, püşk zamanı hansı səbətdə yer alacağı məlum deyil.

 

Səpələnmişlər: “Zalsburq” (Avstriya), “Seltik” (Şotlandiya), BATE (Belarus), “Aktobe” (Qazaxıstan), Çexiya çempionu, “Ventspils” (Latviya)

Səpələnməmişlər: “Jalgiris” (Litva)

Qeyri-müəyyənlər: HİK (Finlandiya), “Malmö” (İsveç), “Reykyavik” (İslandiya), “Stromsqodset” (Farer adaları), “Sent Patriks” (İrlandiya)

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər