Elxan Məmmədov Buxarestə niyə gedib?

Elxan Məmmədov Buxarestə niyə gedib?
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Buxarest şəhərində Rumıniya Futbol Federasiyasının yeni seçilmiş prezidenti Razvan Burleanu ilə görüşüb. Fanat.az xəbər verir ki, görüşdə Azərbaycan və Rumıniyanın futbol sahəsində əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. 
Qeyd edilib ki, Bakı və Buxarest şəhərlərinin AVRO-2020-nin oyunlarına ev sahibliyinə namizədliyi irəli sürülüb və bu istiqamətdə hər iki ölkənin futbol qurumları tərəfindən ötən müddət ərzində görülmüş işlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Sonra Elxan Məmmədov Buxarest şəhərindəki 55 min azarkeş tutumuna malik olan Milli stadionla tanış olub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər