Əliyev: "Çempion olmaq istəyirik"

Əliyev: "Çempion olmaq istəyirik"
"Oyunumuz xoşuma gəldi. Əsas odu ki, uşaqların qalib gəlmək istəkləri vardı. 3-cü dövrənin oyunlarında qalib gəlməyimizə mane olan müəyyən problemlərimiz var idi. Lakin son turda “Simurq”u məğlub etdik və yenidən gücümüzə inanmağa başladıq". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in əvəzedici komandasının baş məşqçisi Rüstəm Əliyev deyib.
Bu gün "Neftçi"ni 1:0 hesabı ilə yenən komandanın çalışdırıcısı çempion olmaq istədiklərini bildirib: "Mövsümün sonu psixoloji hazırlıqdan çox asılı olacaq və bu planda futbolçularımızın yaxşı hazırlıqlı olmaları məni sevindirir. Hazırda komanda turnir cədvəlində 1-ci yeri tutur və bu mövqeni tərk etmək istəmirik. Bəli, bizim birinci və başlıca məqsədimiz əsas komanda üçün kadrlar hazırlamaqdı. Bununla bərabər çempion da olmaq istəyirik. Niyə də yox? Axı kifayət qədər yaxşı futbol nümayiş etdiririk. Bilirsiniz, oyunumuz alındıqda nəticə gəlir. Nəticə uşaqlar üçün də az əhəmiyyətli deyil. Nümayiş etdirdikləri oyuna görə uşaqlara bir daha minnətdarlığımı bildirirəm. Ayrıca “İnter”in prezidenti Georgi Nikolova, komandanın direktoru Natiq Məmmədova və əsas komandanın baş məşqçisi Kaxaber Tsxadadzeyə təşəkkür etmək istəyirəm”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər