"Formula 1"in rekordçusu Mixael Şumaxer komaya düşüb. Fanat.az xəbər verir ki, Alp dağlarında xizək sürən əfsanəvi pilot yıxılıb və başından ağır zərbə alıb.
Həkimlər Şumaxerin durumu ilə bağlı hələlik heç nə demir. 7 dəfə "Formula 1" çempionu olmuş alman pilotun həyati təhlükəsi olduğu açıqlanıb.
Pilot Fransanın Qrenobl şəhərindəki xəstəxanada müalicə olunur. Xəstəxanadan verilən açıqlamada bu sözlər yer alıb: "Xəstəxanaya gələndə beynindən ağır zərbə alıb. Beynindəki zədənin necə nəticə verəcəyini bilmirik. Vəziyyəti ağırdı və yaşamaq uğrunda mübarizəni davam etdirir. Durumunun ciddi olduğunu deyə bilərik. Ancaq konkret fikir söyləmək üçün hələ çox tezdi. Əgər başında qoruyucu olmasaydı, hadisə yerində ölə bilərdi".
Xəstəxanın həkimlərindən professor Yohan Payan də Şumaxerin durumu ilə bağlı açıqlama verib: "Şumaxer yaşamaq uğrunda mübarizə aparır. Beynindən ağır zərbə alıb. Hələ komada olduğu üçün nə vaxt sağalacağını deyə bilmirik. Beynindəki qan yığınını təmizləməyə çalışırıq".
"Formula 1" rəsmilərindən David Koulthard insanları Şumaxer üçün dua etməyə çağırıb: "İnsanlar onun tezliklə sağalması üçün dua etsin. Hər kəs əmin olsun ki, Şumaxerin sağalması üçün mümkün olan hər şey edilir. Onu bu vəziyyətdən yalnız özü çıxara bilər".
Fanat.az