Uğursuz mövsüm keçirən "Mançester Yunayted" islahatlara başlayır. Fanat.az xəbər verir ki, İngiltərə mətbuatı yayda David Moyesin yola çalacağı futbolçuları müəyyənləşdirib:
* Yaşının çoxluğu və zəif oyunu səbəbi ilə hədəfdə olan Rio Ferdinand mövsümün sonunda azad agent olacaq. Onun yeni mövsümün əvvəlində vida matçını keçirərək, karyerasını bitirməsi gözlənilir.
* 40 yaşında olmasına rəğmən Çempionlar Liqası daxil bir çox matçda forma geyinən Rayan Giqqz karyerasını bitirəcək və məşqçilər heyətində yer alacaq.
* "Bavariya" ilə Çempionlar Liqası matçında gözəl qola imza atan Patrik Evranın da müqaviləsi başa çatır. Yeni müqavilə üçün hələlik heç bir tərəf hər hansı bir addım atmayıb. Hazırda Evranın xidmətində sabiq komandası "Monako" və PSJ maraqlıdı.
* Qış fasiləsində "Fiorentina"ya icarəyə verilən Andersonun komandaya qayıtmaq ehtimalı yox dərəcəsindədi. Braziliyalı yarımmüdafiəçini "Fiorentina" heyətində saxlamaq istəməsə belə göndəriləcək.
* "Borussiya"dan (Dortmund) böyük ümitdlərlə transfer edilən Şinji Kaqava gəldiyi gündən istənilən oyunu sərgiləyə bilməyib. Yapon oyun qurucusu mövsümün sonunda komandanı tərk edəcək oyunçulardan biri olacaq.
* Patrik Evranın əvəzedicisi gözü ilə baxılan Aleks Büttner zaman-zaman forma şansı qazansa da, etimadı doğrulda bilməyib. Bu səbəbdən David Moyes onu da yola salacaq.
* Aleks Ferqyusonun dönəmində ulduzu parlayan Tom Kleverley forma şansı qazandığı matçlarda istənilən oyunu sərgiləyə bilmədiyi üçün hər zaman tənqid hədəfinə çevirilib. Hətta gənc oyunçu sosial mediadakı hesablarını belə qapatmalı olub. İngiltərə mətbuatı onun komandadan gedəcəyini iddia edib.
* Aleks Ferqyusonun dönəmində satış siyahısına salınan Naniyə David Moyes yenidən şans versə də, bu dəfə zədələrdən canını qurtara bilmədi. Onun yayda "İnter"ə icarəyə verilməsi gözlənilir.
* "Aston Villa"dan gəldiyi ilk mövsümdə özünü yaxşı tərəfdən göstərən Eşli Yonq David Moyes dönəmində ən çox tənqid olunun futbolçulardan biridi. "Mançester Yunayted" yayda onunla bağlı təklifləri gözdən keçirəcək.
* Mövsümün sonunda bitəcək müqaviləsini uzatmayacağını dekabr ayında açıqlayan Nemanya Vidiç gələn mövsüm "İnter"in formasını geyinəcək.
Fanat.az