Eddi İsrafilov fakt göstərdi: "Müharibə vaxtı Azərbaycanı dəstəkləmişəm"

Eddi İsrafilov fakt göstərdi: "Müharibə vaxtı Azərbaycanı dəstəkləmişəm"

"Müharibə zamanı və bitəndən sonra Ordumuzu sosial şəbəkələrdə dəstəkləmişəm".

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

O, Vətən müharibəsi vaxtı müsahibə verməməsini Azərbaycanca yaxşı danışa bilməməsi ilə əlaqələndirib: "3-4 yaşımadək Azərbaycanda böyümüşəm. Bu, mənim ana Vətənimdir. Azərbaycana hörmətlə yanaşıram".

Təcrübəli oyunçu sosial şəbəkədəki paylaşımlarını da göstərib: "Vətən müharibəsi 27 sentyabrda başlayıb. Mən 29 sentyabrda paylaşım edərək, Azərbaycana dəstək vermişəm. Müharibə bitdikdən sonra - 10 noyabr 2020-ci ildə Qələbə günün mübarək, Azərbaycan. Qarabağ Azərbaycandır" paylaşımları etmişəm. Yenə də vurğulamaq istəyirəm ki, Qarabağ Azərbaycandır!

Eddi İsrafilov fakt göstərdi: "Müharibə vaxtı Azərbaycanı dəstəkləmişəm"

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər