Çeçen lider: "Allah eləməsin bizim idmançıları incidəsiniz!"

Çeçen lider: "Allah eləməsin bizim idmançıları incidəsiniz!"
Çeçenistan Respublikasının rəhbəri Ramazan Kadırov Rusiya mətbuatına verdiyi müsahibədə Soçi Olimpiadası ilə bağlı maraqlı fikirlər səsləndirib. 
 
- Qroznıdakı futbol oyunu zamanı sizin hakimlərin ünvanına dediyiniz sözləri hamı xatırlayır… 
- Mən bunu bir dəfə demişəm, siz isə artıq neçənci dəfədi ki, soruşursunuz. Onu bir də təkrar edim?
- Yox, lazım deyil. Soçidə çeçen idmançılar var?
- Yoxdu. Hələlik. Ancaq növbəti Qış Olimpiadasında olacaq. Biz hələ indi konki və xizək üstündə dururuq, dağ xizəkçiliyi üçün kurort salırıq. 
- “Komsomolka” sizə xizək bağışlamışdı, botinka ilə birgə...
- Onlar məndədi, fəxri yerdə saxlayıram. 
- Artıq 3 il keçib. Sizsə söz vermişdiz ki, sürməyi öyrənəcəksiz. 
- Amma mən deməmişdim axı hansı ildə. 
- Soçiyə gedəcəksiz?
- Respublikadan 400 nəfər gedəcək. Mən də hazırlaşmışdım. Ancaq sonradan fikirimi dəyişdim. Kabinetimdə oturub azarkeşlik edəcəm, ya da evdə divanda. 
- Hakimlər bizim idmançılara qarşı ədalətli olmasalar nə qışqıracaqsız?
- Qorxulu heç nə olmayacaq. Sadəcə, divandan qalxacam, televizora yaxınlaşacam və deyəcəm: “Vətəndaş hakimlər, Allah eləməsin bizim idmançıları incidəsiniz!” 
- Vəssalam? Sizin Olimpiada ilə bağlı proqnozunuz?
- Olimpiada qalib gələcək. O ki bizimdi! 
- Nə mənada?
- Putin belə deyib. 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər