Azərbaycan Kubokunun 1/2 final mərhələsinin cavab görüşü çərçivəsində "Neftçi”ni qəbul edəcək "Rəvan” hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, "aslanlar”ın dünən baş tutan məşqində zədəli Dmitri Kruqlovdan başqa bütün futbolçular iştirak edibilər.
Əcnəbi cinah müdafiəçisi bu günkü məşqə də qatılmayacaq. Topaz Premyer Liqasının XXXI turunda "Qəbələ” ilə ev oyununda zədələnən Kruqlov üçün mövsümün erkən başa çatdığını söyləmək olar. Çiyin vətərəsi qopan estoniyalı futbolçu 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, baş məşqçi Güvənc Kurtar aprelin 24-də "Bayıl Arena”da keçiriləcək "Rəvan” - "Neftçi” matçında daha 2 futbolçunun xidmətindən istifadə edə bilməyəcək. Müdafiəçilər - Orxan Lalayev və Cəmşid Məhərrəmov sarı vərəqə limiti üzündən oyunu kənardan izləməli olacaqlar.
Fanat.az