"Azərbaycan futbolu inkişaf etdirmək istəyən və bunun üçün hər cür şəraitə yaradan ölkədi. Azərbaycanda türk futbolunun 70-ci, 80-ci, 90-cı, 2000-ci illərini görmək mümkündü. Yəni hazırda bu 4 mərhələni eyni anda yaşayır. Hətta 2020-ni, 2025-i yaşayır. Yaxşı stadionlar tikirlər. Hazırda 65 min nəfərlik stadion inşa olunur, möhtəşəm bir layihədi". Fanat.az xəbər vnrir ki, bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli deyib.
Türk mütəxəssis ölkəmizdə futbola marandan danışıb: "Azərbaycanda səviyyəli futbolçular var. Liqaya marağın normal olduğunu deyə bilərik. Avropa kuboklarına qatılan komandalara inanılmaz dəstək var. Təsnifat mərhələsinin oyunlarına 40, 50 min insan toplaşır. Ölkə futbol həyacanını beynəlxalq aləmdə uğur olaraq görür".
Dənizli "Xəzər Lənkəran"la bağlı da danışıb: "Mənim komandam hazırda 8-ci pillədə qərarlaşıb. İlk "üçlüy"ə düşə bilsək, Avropaya vəsiqə qazanacağıq. Mən ora gedəndə komanda 15 oyun keçirmiş və 3 qələbə qazanmışdı. Bu yaxşı qrafik deyil. Məndən əvvəl komandanı bizim də çox sevdiyimiz bir insan - Con Toşak çalışdırırdı. Son 3 matçda 7 xal qazandıq. Bir kubok oyunu keçirdik və mərhələ adladıq. 4 matçda yaxşı seriya qurduq. Belə davam etsək, uğur qazanacağıq. Bizi Avropaya aparacaq 18 oyunluq mübarizə var. Hər 4 matçı 10 xalla keçsək, Avropaya gedə bilərik".
Fanat.az