DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu

DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu

Azərbaycan şahmatçısı Gövhər Beydullayeva Sardiniyada (İtaliya) keçirilən gənclər arasında dünya çempionatında vahid lider olub.

Fanat.Az xəbər verir ki, 19 yaşlı qrossmeyster altıncı turda Nutakki Priyankanı (Hindistan) yenərək xalını 5,5-ə çatdırıb. Beləliklə, o, ən yaxın izləyicisini 0,5 xal qabaqlayır.

Beş turdan sonra oğlanların yarışında lider olan Abdulla Qədimbəyli isə bu dəfə italiyalı Françesko Sonislə heç-heçəyə razılaşıb. Aktivində 4,5 xal olan şahmatçımız ilk "dördlük"dən 0,5 xal geri qalmaqla beşinci pillədə qərarlaşıb.

Ləman Hacıyeva və Məhəmməd Muradlı isə Flippin təmsilçilərindən üstün olublar. Hacıyeva 4 xalla 18-ci, Muradlı 3 xalla 67-cidir.

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər