DÇ: Azərbaycan şahmatçıları liderlər qrupunda

DÇ: Azərbaycan şahmatçıları liderlər qrupunda

Azərbaycan şahmatçıları Abdulla Qədimbəyli və Gövhər Beydullayeva Sardiniyada (İtaliya) keçirilən gənclər arasında dünya çempionatında liderlər qrupunda yer alıblar.

Fanat.Az xəbər verir ki, dörd turdan sonra onların hər ikisinin aktivində 3,5 xal var.

Ləman Hacıyeva və Məhəmməd Muradlı hərəyə 2 xal toplayaraq, müvafiq olaraq, 41-ci və 69-cu yerlərdə qərarlaşıblar.

Qeyd edək ki, dünya çempionatı İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər