DÇ: Azərbaycan güləşçilərindən uğursuz start

DÇ: Azərbaycan güləşçilərindən uğursuz start

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı start götürüb.

Fanat.Az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın 5 yunan-Roma güləşçisi xalça üzərinə çıxıb.

Mübarizəyə ikinci mərhələdən qoşulan Nihad Quluzadə (55 kq) sonuncu xal prinsipinə əsasən İran təmsilçisi Poya Dad Marza uduzub.

63 kq-dakı Həsən Məmmədli 1/8 final mərhələsində moldovalı Korneliu Rusuya yenilib. Qurban Qurbanov (77 kq) ilk mərhələdə Bolqarıstan idmançısı Zlatomir Emilova vaxtından əvvəl qalib gəlsə də, 1/8 finalda məğlubiyyətlə üzləşib.

Məhəmməd Əhmədiyev (87 kq) debütdə yerli güləşçi Mario Vukoviçə məğlub olub. Sərxan Məmmədov (130 kq) isə ilk görüşdə Çilidən olan Dieqo Almendrasa "tuşe" ilə qalib gəlib. Lakin 1/4 finalda Macarıstan təmsilçisi Dariuş Vitekə uduzub.

Azərbaycan təmsilçilərinin rəqibləri finala çıxsa, onlar sabah təsəlliverici görüşlərə qatılacaqlar.

55 kq 1/8 final: Nihad Quluzadə - Poya Dad Marz (İran) 1:1*

63 kq 1/8 final: Həsən Məmmədli - Korneliu Rusu (Moldova) 3:5

77 kq 1/16 final: Qurban Qurbanov - Zlatomir Emilov (Bolqarıstan) 9:0 1/8 final: Qurban Qurbanov - Samvel Qriqoryan (Ermənistan) 1:5

87 kq 1/16 final: Məhəmməd Əhmədiyev - Mario Vukoviç (Serbiya) 3:8

130 kq 1/8 final: Sərxan Məmmədov - Dieqo Almendras (Çili) 4:0 (tuşe) 1/4 final: Sərxan Məmmədov - Dariuş Vitek (Macarıstan) 1:4

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər