DÇ: Azərbaycan güləşçisi "gümüş" qazandı

DÇ: Azərbaycan güləşçisi "gümüş" qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Sərxan Məmmədov Rusiyanın Ufa şəhərində keçirilən gənclərin dünya çempionatında gümüş medal qazanıb.

Fanat.Az xəbər verir ki, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız finalda türkiyəli Muhammet Bakıra uduzub (1:3).

55 kq-dakı təmsilçimiz Elmir Əliyev qazaxıstanlı İsxar Kurbayevə qalib gələrək (3:1) bürünc medal qazanıb. Ukraynalı Aleksandr Primaçenkoya 1:3 hesabı ilə uduzan Laçın Vəliyev (87 kq) isə beşinci olub.

Qeyd edək ki, dünya birinciliyinə sabah - avqustun 22-də yekun vurulacaq. Son gündə güləşçilərimizdən Həsrət Cəfərov (67 kq) "qızıl", Nihat Məmmədli (60 kq) və Xasay Həsənli (72 kq) üçüncülük uğrunda mübarizə aparacaq.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər