"Daha iddialı klublardan birinə keçməklə bağlı düşüncələrim var". Fanat.az xəbər verir ki, bu sözləri AZAL-ın futbolçusu Con Oluremi deyib.
Amerikalı futbolçu dekabr və mart aylarında ən yaxşı qolun müəllifi olub. Bu gün keçirilən təqdimat mərasimində iştirak edən Con güclü klublardan birinə keçmək istəsə də, hazırda bütün diqqətini AZAL-a yönəltdiyini deyib: "Hazırkı məqamda diqqətimi komandamın yaxşı nəticələr qazanmasına yönəltmişəm. Aydın məslədi ki, yaxşı komandaya keçmək üçün ilk növbədə AZAL-da yaxşı çıxış etməliyəm".
Qeyd edək ki, Olureminin AZAL-la müqaviləsi yayda başa çatır.
Fanat.az