"Biz bura qələbə, ən azından bir xal dalınca gəlmişdik. Oyunu yaxşı başladıq. Ancaq nəticədə qol buraxdıq". Fanat.az xəbər verir ki, bu sözləri "Sivasspor"un futbolçusu Cihan Özkara deyib.
Millimizin üzvü "Akhisar Bələdiyyəspor"la səfər oyunundakı məğlubiyyətlə bağlı danışıb: "Hakimin bizim futbolçunu meydandan qovması qərarının düzgünlüyü haqda heç nə deyə bilmərəm. İnanıram ki, qarşıdakı oyunlarda uğur qazanacağıq".
Fanat.az