Cihan Özkara "Bursaspor"a qol vurdu, "Sivasspor" uduzdu

Cihan Özkara "Bursaspor"a qol vurdu, "Sivasspor" uduzdu
Türkiyə Kubokunun qrup mərhələsində V turun oyunları davam edir. Fanat.az xəbər verir ki, Cihan Özkarının çıxış etdiyi "Bursaspor"u qəbul edib.
Sivas təmsilçisinin baş məşqçisi Roberto Karlos çempionat oyunlarından fərqli olaraq Cihan Özkaraya etimad göstərib və start heyətində yer verərək, 90 dəqiqə oynadıb. Hesabı 53-cü dəqiqədə qonaq komandadan Stanislav Sestak açıb. 70-ci dəqiqədə Cihan sarı vərəqə alıb. Millimizin üzvü cəmi 1 dəqiqə sonra bərabərliyi təmin edib. Lakin Özkaranın qolu xal qazanmaq üçün yetirli olimayıb. Belə ki, 85-ci dəqiqədə Ahmet Şahbaz topu öz qapısına vuraraq, "Bursaspor"u sevindirib - 2:1.
Qeyd edək ki, Cihan cari mövsümdə Super Liqada 9 oyuna çıxıb və cəmi 66 dəqiqə oynayıb. O, kubokda keçirdiyi 7 oyundan 3-də start heyətində yer alıb və 403 dəqiqə oynayıb. Millimizin üzvü mövsüm ərzində hər iki qolunu məhz kubokda vurub. Bundan əvvəl o, "Bucak Oğuzhanspor"la oyunda (5:0) fərqlənmişdi.
Türkiyə Kuboku
Qrup mərhələsi
V tur
6 fevaral
Sivasspor - Bursaspor 1:1
Qollar: Cihan Özkara, 71 - Stanislav Sestak, 53. Ahmet Şahbaz, 85 (avtoqol).
Sivasspor: Korcan Çelikay (Nihat Şahin, 46), Abdurrahman Dereli (Fatih Kıran, 70), Yakub Navratil, Eren Aydın, Kadir Bekmezci, Hakan Arslan, Ahmet Şahbaz, Aydın Karabulut, Mehdi Taouil, Pedro Oldoni (Con Utaka, 59), Cihan Özkara.
Ehtiyat oyunçular: Çiçinyo, Ümit Kurt, Burhan Eşer, Adem Koçak.
Sarı vərəqələr: Kadir Bekmezci, 28. Cihan Özkara, 70. Aydın Karabulut, 87. Yakub Navratil, 89 - Renato Kaja, 47. Şener Özbayraklı, 58. Şamil Cinaz, 75. Serdar Aziz, 83.

1

Bursaspor

5

3

1

1

8 - 4

10

2

Akhisar Bələdiyyəspor

5

2

2

1

5 - 3

8

3

Eskişəhərspor

5

2

1

2

5 - 7

7

4

Sivasspor

5

1

0

4

4 - 8

3

Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər