Cem Fələk: "1700-dən artıq qola imza atmışam"

Cem Fələk: "1700-dən artıq qola imza atmışam"

Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının üzvü Cem Fələk şərəfini qoruduğu "Aberdin" klubunun saytına müsahibə verib. Fanat.az şotlandiyalı həmkarlarımızla müsahibəni təqdim edir.

- Evdən kənarda qalmaq mənim üçün asan deyil. Ailəm, valideynlərim üçün darıxıram. Bununla yanaşı, özümü rahat hiss edirəm. Burada çox şey öyrənmişəm. Həm şəhər, həm klub çox xoşuma gəlir.

- Karyeranız barədə məlumat verərdiniz.

- Almaniyanın Buhen şəhərində doğulmuşam. Futbolçu karyeramı da orada başlamışam və 7 il yerli komandanın formasını geyinmişəm. Daha sonra Frankfurta köçdün və növbəti 5 mövsümü "Ayntraxt"da keçirdim. İndi isə "Aberdin"dəyəm. Kiçik yaşlarımnda Türkiyə yığmasının aşağı yaş qruplarının yığmalarına dəvət alırdım. Ancaq daha çox Azərbaycan millisinə cəlb olunmuşam.

- Almaniyada doğulub, türk olub, Azərbaycan millisinə cəlb olunmaq. Özünüzü hansı ölkənin vətəndaşı hesab edirsiniz?

- Almaniyada dünyaya göz açmışam. Özümü bu ölkənin vətəndaşı adlandıra bilərəm. Ancaq valideynlərim Türkiyədəndirlər. Deməli, həm də türkəm. Damarlarımda azərbaycanlı qanı da var. Buna görə də bu ölkənin millisinin şərəfini qoruyuram. Konkret hansı ölkənin vətəndaşı olduğumu söyləyə bilmərəm. Yəqin ki, dünya vətəndaşı olduğumu bildirsəm, daha düzgün olar. Türk dilində danışıram, Azərbaycan millisinin şərəfini qoruduğuma görə bu ölkənin də dilini öyrənmişəm. Eyni zamanda, alman, ispan və bir az ingilis dilini bilirəm.

- Hansı mövqedə oynamaq Sizə daha rahatdı?

- Adətən sağ cinah yarımmüdafiəçisi kimi çıxış etmişəm. Bəzən əks cinahda da meydana buraxılmışam. Futbolçu karyeramı başlayandan bəri bütün qollarımı sayıram. İndiyədək 1700-dən artıq qola imza atmışam. "Aberdin"in gənclərdən ibarət komandasınının heyətində ilk qolumu "Kilmarnok"la görüşdə cərimə zərbəsindən vurmuşam.

- İlk dəfə əsas komandanın iştirak ərizəsinə Sizin də adınız daxil edilmişdi. Lakin meydana çıxmaq şansı qazanmadınız.

- Başlıca məqsədim əsas komandamızın şərəfini qorumaqdı. Bu, bir qədər vaxt apara bilər. Ancaq inanıram ki, "Aberdin"nin əsas heyətində oynaya biləcəm.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər