Cavidlə Subaşiç oynadı, 2 qol vuruldu

Cavidlə Subaşiç oynadı, 2 qol vuruldu
Türkiyənin PTT 1-ci liqasında VI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, Cavid İmamverdiyevin çıxış etdiyi "Elazığspor" Branimir Subaşiçin forma geyindiyi "Manisaspor"u qəbul edib.
Oyun Elazığ təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Cavidi 60-cı dəqiqədə Atilla Yıldırım əvəzləyib. Bundan sonra komandası 2 qol vuraraq qələbə qazanıb. Subaşiç də start heyətində yer alıb. O, İmamverdiyevdən fərqli olaraq 90 dəqiqə oynayıb.
Qeyd edək ki, "Elazığspor" 6 turda 8 xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. "Manisaspor" isə 4 xalla son pilləni tutur.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər