CAR millisinin sabiq üzvü Azərbaycandan gedir

CAR millisinin sabiq üzvü Azərbaycandan gedir
"Səbail"lə müqaviləsi başa çatan Hendrik Ekşteyn Azərbaycandan ayrılır. 
Fanat.Az xəbər verir ki, bu barədə "Soccerladuma" nəşri məlumat yayıb. Cənubi Afrika Respublikasından olan 30 yaşlı yarımmüdafiəçi karyerasını yenidən ölkəsində davam etdirmək istəyir.
Qeyd edək ki, Hendrik Ekşteyn 2019-cu ildə CAR-ın "Kayzer Çiefs" klubundan "Sabah"a keçib. 2020-ci ildə "Səbail"ə üz tutan futbolçu son mövsümdə 23 oyuna çıxaraq 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Hendrik Ekşteyn 2015-ci ildə CAR-ın əsas millisində 2 oyun keçirib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər