Böyükağa Hacıyev Saşadan imtina etdi

Böyükağa Hacıyev Saşadan imtina etdi
"Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Rəvan"ı qəbul edir. Fanat.az xəbər verir ki, baş məşqçi Böyükağa Hacıyev heyətdə bir sıra dəyişikliklər edib.
Çalışdırıcı Saşa Stamenkoviçi ehtiyata göndərərək qapını Pavel Doroşevə tapşırıb. Erik Ramos və Mirhüseyn Seyidov sarı vərəqə limiti, Mahir Şükürov isə ötən mövsüm finaldakı olaylar üzündən cəzalı olduğu üçün kənarda qalıb. Hacıyev İqor Mitreskini də ehtiyata göndərib. Əvəzində Karlos Kardoso, Tərlan Quliyev, Cavid İmamverdiyev və Məqsəd İsayevə start heyətində şans verib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər