Böyükağa Hacıyev ikincilik üçün yarışacaq

Böyükağa Hacıyev ikincilik üçün yarışacaq

Böyükağa Hacıyev "İnter"lə oyunla (1:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Neftçi”nin baş məşqçisi rəqibin ilk hissədə qol vəziyyəti yaratmadığını deyib:

“Gərgin oyun oldu. Komandalar bir-birini yaxşı tanıyır. Üstünlük bizdə idi, top dirəkdən qayıdırsa, deməli, qələbə qismətimizdə deyildi. “İnter” ilk hissədə qol epizodu yaratmadı. Bundan sonra ikincilik uğrunda mübarizə “Neftçi” və “İnter” arasında gedəcək. “Bakı” və “Qəbələ” bu gün xal itirərək ikincilik uğrunda yarışda bizdən geri qalırlar. Əsas məqsədimiz qarşıdakı oyunlarda qələbə qazanıb mövsümü ikinci yerdə bitirməkdi. Bütün komandalar, eləcə də “İnter”, “Neftçi”yə qarşı başqa cür köklənirlər. Rəşad Sadiqov oyunda əlindən gələni etdi. Oyundan sonra videoyazıya baxıb oyunçularla söhbət edəcəm”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər