“Böyük Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm” - Güneyli güləşçi - FOTO 

“Böyük Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm” - Güneyli güləşçi - FOTO 

Çimərlik güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi və yunan-Roma güləşi üzrə yığmanın keçmiş üzvü Oyan Nəzəriani 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə feysbukda paylaşım edib. Fanat.Az xəbər verir ki, əslən Güney Azərbaycanın Urmiya şəhərindən olan azərbaycanlı pəhləvan “Facebook”da yazıb: “Əzəli Azərbaycan torpağı olan Qarabağ və Şərqi Zəngəzur 8 noyabr Zəfəri ilə əbədi Azərbaycan torpağı olaraq öz təsdiqini tapmışdır. Mən öz növbəmdə idmançı və məşqçi kimliyimlə deyil, böyük Azərbaycan xalqının kiçik bir övladı kimi həm 8 noyabr şanlı qələbəmiz, həm də 9 noyabr - Bayraq Günü münasibətilə xalqımızı təbrik edirəm. “Bayraqları bayraq edən üstündəki qandır, torpaq, əgər uğrunda ölən varsa, vətəndir”. Bu vəsilə ilə Vətən uğrunda can alıb, can verənləri yad edib şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Yaşasın Azərbaycan!”

“Böyük Azərbaycan xalqının kiçik bir övladı kimi Zəfər bayramını təbrik edirəm” - Güneyli güləşçi - FOTO 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər