"Fatih Terimlə Roberto Mançini bir-birindən fərqli insanlardı". Fanat.az xəbər verir ki, bu sözləri "Qalatasaray"ın futbolçusu Bruma deyib.
Portuqaliyalı futbolçu "Cib-Bom"un sabiq və hazırkı baş məşqçilərinin ona münasibətindən danışıb: "Terim bir ata kimi idi. Mənə qarşı elə davranırdı. Mançini də mənimlə maraqlanır. Özü də o, "Mançester Siti"də işlədiyi vaxtdan məni izləyib. Onun dəstəyini daim hiss edirəm. Məni dünya səviyyəli bir futbolçu edəcəyini deyir. Əgər bunu bacarmasam mən öldürəcək! O səviyyəyə çatacaq istedadımın olduğunu deyir".
Fanat.az