Branimir Subaşiç: "Getmək istəyirəm"

Branimir Subaşiç: "Getmək istəyirəm"

Branimir Subaşiç "Manisaspor"da performansından razı deyil. Fanat.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Cari mövsümdə cəmi bir qol vuran millimizin sabiq üzvü klub rəhbərliyi və azarkeşlərin alqışını qazanıb. Belə ki, 33 yaşlı forvard performansına görə məyus olduğunu bildirib və müqaviləsini pozmağı təklif edib. "Adanaspor" matçından sonra klubun idman direktoru Erman Güracarla görüşən Subaşiç "Həftələrdi qol vura bilmirəm. Komandama gözlənilən faydanı verə bilməmişəm. Bu səbəbdən özümü çox pis hiss edirəm. Aldığım pulu geri verib müqaviləmi poza bilərəm" deyib.

Bu təkliflə rəhbərliyin etimadını qazanan futbolçu klubda saxlanılıb. 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər