Almaniyanın II Bundesliqasında və Regional Liqasında ilk dövrə başa çatıb. Fanat.az bu çempionatlarda top qovan futbolçularımızın çıxışına nəzər salıb.
Ən uğurlu mövsümü təbbi ki, Tuğrul Erat keçirib. 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Regional Liqadan II Bundesliqaya yüksəlib. "Fortuna"nın U-23 komandası ilə Regional Liqada keçirdiyi 16 oyunda 1317 dəqiqə oynayan və 4 qol vuran futbolçu 2 sarı vərəqə alıb. Düsseldorf təmsilçisindəki baş məşqçi dəyişikliyindəp sonra əsas heyətə yüksələn Tuğrul komandanın əsas oyunçularından birinə çevirilib. Belə ki, futbolçumuz "Fortuna"nın əsas heyətində mövsümün hər 3 matçında start heyətində yer alıb və 90 dəqiqə oynayıb. O, II Bundesliqadakı ilk və hələlik son qolunu dekabrın 14-də "Energi Kottbus"un qapısına vurub.
21 yaşadək futbolçulardan ibarət millimizin Bolqarıstanla oyununa dəvət alan, amma zədə səbəbindən gələ bilməyən Eren Taşkın da eyni yolu keçib. 21 yaşlı yarımmüdafiəçi "Fortuna II"nin U-23 komandası ilə Regional Liqada 16 oyuna çıxıb. Bu matçlarda 1363 dəqiqə oynayan futbolçu 8 qola imza atıb. Eren daha sonra əsas komandaya cəlb olunub. O, II Bundesliqada ilk oyununu "Köln"ə qarşı keçirib. Dekabrın 22-də keçirilən ilin son matçının 47-ci dəqiqəsində meydana çıxan Taşkın 43 dəqiqə oynayıb.
Milli komandamızın üzvü Ali Gökdemir ilk yarını "Hannover 96"nın U-23 komandasında keçirib. Yayda əsas komandaya qoşulan futbolçu zədə aldığından Bundesliqada debüt edə bilməyib. Ali yenidən A komandaya cəlb olunub və qış toplanışı zaman yeni baş məşqçinin etimadını qazanmağa çalışacaq. Onun Regional Liqadakı çıxışına gəlincə, 15 matçda meydana çıxan Ali 1133 dəqiqə oynayıb. Bu müddətdə 2 qol vuran futbolçumuz 3 sarı və 1 qırmızı vərəqə ilə cəzalanıb.
Berti Foqtsun A millimizə cəlb etdiyi Taşkın İlter Tuğrul Eratdan fərqli olaraq hələ də gününü U-23 komandasında keçirir. O, Braunşveyq "Ayntraxt"ının ikinci heyəti ilə Regional Liqada 8 oyuna çıxıb və 604 dəqiqə oynamaq şansı qazanıb.
Millimizin hücumçusu Rüfət Dadaşovun da işləri yaxşı getməyib. Gənc futbolçu nəyinki əsas komandaya yüksələ bilməyib, heç U-23 komandasının da əsas futbolçularından biri olmayıb. O, "Kayzerslautern II"nin heyətində 12 oyunda cəmi 253 dəqiqə oynamaq imkanı qazanıb. Rüfət bu müddətdə 3 qol vurmağa imkan tapıb.
| Futbolçu | Klub | Oyun | Dəqiqə | Qol | Sarı | Qırmızı |
| Tuğrul Erat | Fortuna | 19 | 1587 | 5 | 2 | 0 |
| Eren Taşkın | Fortuna | 17 | 1406 | 8 | 5 | 1 |
| Ali Gökdemir | Hannover 96 | 15 | 1133 | 2 | 3 | 1 |
| Taşkın İlter | Ayntraxt B. | 8 | 604 | 0 | 0 | 0 |
| Rüfət Dadaşov | Kayzerslautern | 12 | 253 | 3 | 0 | 0 |
| Cəmi | 71 | 4983 | 20 | 10 | 2 | |
Fanat.az