Berti Foqts: "Klinsmana mən lazım deyiləm"

Berti Foqts: "Klinsmana mən lazım deyiləm"
"Bundesliqanın bütün Almaniya futbolu kimi, çox yaxşı nüfuzu var və bu, kənardan gözə çarpır. Futbol əsasları nöqteyi-nəzərindən, dünyada bu sistemin oxşarı yoxdu. Bizim güclü klublarımız və güclü yığmamız var". Fanat.az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Berti Foqts deyib.
Alman çalışdırıcı ABŞ yığmasının baş məşqçisi Yurgen Klunsmana məsləhətçi təyin edilməsi ilə çoxlarının təəccübünə səbəb olan məqama aydınlıq gətirib: "Bu təyinatın arxasında çoxlarının düşündüyü kimi, elə də çox şey dayanmır. Birincisi, Almaniya yığmasını yaxşıca öyrənmək üçün, Klinsmana mən lazım deyiləm. O, onsuz da, almanlar haqda hər şeyi özü bilir. Klinsmanla uzun illərdi ki, münasibətlərimiz var. Nə vaxtsa mən onu Almaniya Futbol İttifaqına baş məşqçi qismində məsləhət görmüşəm. Onun başladığı işi, Löv və Birhoff davam etdirdi və indi Almaniya futboluna tam fərqli bir baxış var".
Foqts özünün ABŞ yığmasında birbaşa öhdəliklərinə də toxunub və bu sazişin Azərbaycan futboluna əhəmiyyətini qeyd edib: “DÇ-də ABŞ yığmasının Almaniya yığması ilə oyunu dostların əhatəsində bir oyun olacaq. Ancaq ABŞ qələbə istəyindədi. Portuqaliya və Qana yığmalarının oyunlarını izləyəcəyik. Bundan başqa, təyinatım, həmçinin, Azərbaycan və ABŞ futbol qurumları arasında əməkdaşlığa bir körpüdü. Biz yoldaşlıq oyunu keçirəcəyik və bunun Azərbaycan futbolu üçün müsbət əhəmiyyəti olacaq. Sonralar gənclər və qadınlardan ibarət komandalar bu ənənəni davam etdirəcəklər".
Alman mütəxəssis həmyerlilərinin dünya çempionu olacağına ümid edir: "Ümid edirəm ki, Almaniya yığması dünya çempionu olacaq. Futbolçuların bu nəsli bu qələbəyə layiqdi".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər