Berti Foqts Ali Gökdemirin xidmətindən imtina edir. Fanat.az xəbər verir ki, alman çalışdırıcı milliləşdirilmiş futbolçunu yığmaya çağırmayacaq.
Buna səbəb 22 yaşlı müdafiəçinin oynamamasıdı. Belə ki, Gökdemir sonuncu dəfə "Elazığspor"un fevralın 13-də "Tokatspor"la keçirdiyi kubok oyununda meydana çıxıb.
Qeyd edək ki, qışda "Hannover 96"nın "Elazığspor"a icarəyə verdiyi futbolçu Super Liqada cəmi 10 dəqiqə oynayıb. Kubokda isə 2 oyuna çıxaraq 180 dəqiqə oynamaq şansı qazanıb.
Fanat.az