Berdiyev: "İstefaya göndərilməyimi televizordan eşitdim"

Berdiyev: "İstefaya göndərilməyimi televizordan eşitdim"
"İstefaya göndərilməyimi televizordan eşitdim. Bu üzdən mənim də məlumatım elə sizinki qədərdi". Fanat.az xəbər verir ki, bu sözləri "Rubin"in baş məşqçi postundan kənarlaşdırılan Kurban Berdiyev deyib.
Bu gün Kazanda dekabrın 20-də istefaya göndərilən mütəxəssisə dəstək xarakterli aksiya təşkil olunub. Komandanı 2 dəfə Rusiya çempionu edən çalışdırıcı ilə görüşə 20 fanat gəlib. Berdıyev azarkeşləri ilə görüşündə onlarla vidalaşmaq istəyini açıqlayıb: "Bildiklərim bundan nə artıq, nə də əskikdi. Hansısa qərar qəbul olunarsa, sizə xəbər verəcəm. Mən isə hamı ilə vidalaşmaq istəyirəm. Bu görüş haqda da təsadüfən xəbər tutdum".
Qeyd edək ki, Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışovun da çıxış etdiyi “Rubin” cari mövsümdə uğursuz çıxış edir. Komanda Avropa Liqasında mərhələ adlasa da, çempionatda 11-ci pillədə qərarlaşıb.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər