Belarus – Azərbaycan oyununun məkanı açıqlandı

Belarus – Azərbaycan oyununun məkanı açıqlandı

İyunun 6-da Belarus və Azərbaycan yığmaları arasında keçiriləcək UEFA Millətlər Liqası matçının məkanı müəyyənləşib.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, C Liqasında III qrupun II tur qarşılaşması Serbiyanın Novi Sad şəhərindəki “Karadjordje” stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Qeyd edək ki, UEFA Belarus millisinin ev oyunlarını öz meydanında keçirməsinə qadağa qoyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər