Azərbaycanlı qol vurdu, komandası qalib gəldi

Azərbaycanlı qol vurdu, komandası qalib gəldi
Çexiya 2-ci divizionunda 25-ci turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya” (Jijkov) da növbəti matçına çıxıb.
 
Sözügedən komanda səfərdə "Xrudim”lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 5:3.
 
Start heyətdə meydana çıxan Fərid 71-ci dəqiqədə əvəzlənib. O, 55-cu dəqiqədə komandasının sonuncu qolunun müəllifi olub.
 
25 tura 39 xal toplayan "Viktoriya” 4-cü pillədə mövqe tutub.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər