Azərbaycanlı idmançı 5 qitənin ən istedadlıları sırasında

Azərbaycanlı idmançı 5 qitənin ən istedadlıları sırasında

Azərbaycanlı stolüstü tennisçi Onur Quluzadə 5 qitənin ən istedadlıları sırasında yer alıb.

Fanat.Az xəbər verir ki, o, Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışına qatılacaq.

İstedadlı idmançıya seçmə komandanın baş məşqçisi Mixail Timofeyev müşaiyət edəcək. Fransanın Hennebont şəhərində təşkil olunacaq “World Hopes Week & Challenge” toplanışına 5 qitədən 40 oğlan və qız idmançı dəvət alıb. İstedadları ilə seçilən həmin stolüstü tennisçilər yanvarın 22-dək keçiriləcək toplanış çərçivəsində təlimlərdə və mini-turnirlərdə iştirak edəcəklər.

Qeyd edək ki, Onur Quluzadə bir neçə ildir müntəzəm olaraq Avropa Stolüstü Tennis Birliyinin analoji təlimlərinə qatılır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər