Azərbaycanlı hücumçu sonadək oynadı, komandası...

Azərbaycanlı hücumçu sonadək oynadı, komandası...

Futbol üzrə Rusiya Milli Futbol Liqasında 16-cı turun oyunları keçirilib. 

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.   Sözügedən kollektiv öz meydanında “Baltika”ya 0:2 hesabıyla uduzub.   Start "11-lik"də yer alan Kamran sonadək mübarizə aparıb.   Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb. “SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşə start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib.   “SKA-Xabarovsk” 16 turdan sonra 28 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər