Çexiyanın 2-ci liqasında 2021/2022 mövsümü start götürüb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya” (Jijkov) da yeni mövsümdə ilk oyununu keçirib.
Sözügedən komanda səfərdə "Lişen”ə 2:3 hesabıyla uduzub.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 1-ci dəqiqədə məhz azərbaycanlı hücumçu vurub. 56-cı dəqiqəyə qədər 2:0 öndə olan "Viktoriya” sonrakı dəqiqələrdə 3 qol buraxmaqla meydanı məğlub tərk edib.