Azərbaycanlı döyüşçünün UFC-də debüt tarixi məlum oldu

Azərbaycanlı döyüşçünün UFC-də debüt tarixi məlum oldu

Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıqov 2023-cü ilin fevralında UFC-də debüt edəcək.

Fanat.Az xəbər verir ki, onun ilk rəqibi amerikalı Evan Elder olacaq.

Elder bunadək 7 qələbə, bir məğlubiyyətlə yadda qalıb. O, yeganə yenilgini UFC-də debüt döyüşündə alıb.

Nazimin isə peşəkar MMA döyüşlərində 5 qələbə, 1 məğlubiyyəti var.

Qeyd edək ki, Sadıqov 2022-ci ilin avqustunda "Dana White's Contender Series" çərçivəsində keçirilən döyüşdə Əfqanıstan təmsilçisi Əhməd Həsənzadəni məğlub etdikdən sonra UFC ilə müqavilə bağlayıb.

Azərbaycanlı döyüşçünün UFC-də debüt tarixi məlum oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər