Azərbaycanın üç idmançısı Dünya Oyunlarında

Azərbaycanın üç idmançısı Dünya Oyunlarında

Azərbaycanın para-üzgüçülük üzrə milli komandasının üzvləri 22-29 noyabrda Portuqaliyanın Vila Real de Santo Antonio şəhərində keçiriləcək  Beynəlxalq əlil arabası istifadəçiləri və amputant idmançıların Dünya Oyunlarında iştirak edəcəklər.

Fanat.Az xəbər verir ki, oyunlarda millimiz 3 idmançı - (Aslan Ərcan, Aqil Nəsibov,  Əli Vəliyev) ilə təmsil olunacaq.

Qeyd edək ki, oyunlardan öncə beynəlxalq həkimlərin iştirakı ilə idmançılar üçün tibbi təsnifat keçiriləcək. Həmçinin yarışlar Paris 2024 XVII Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər