Azərbaycanın I MDB Oyunlarında bayraqdarı məlum olub - EKSKLÜZİV

Azərbaycanın I MDB Oyunlarında bayraqdarı məlum olub - EKSKLÜZİV

Rusiyanın Kazan şəhərində keçiriləcək I MDB Oyunlarının açılış mərasimində Azərbaycanın bayraqdarı məlum olub.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, paradda dövlət bayrağını yunan-Roma güləşçisi Həsrət Cəfərov daşıyacaq.

18 yaşlı idmançı bu il təşkil olunan gənclər arasında Avropa və dünya birinciliklərinin qızıl medalını qazanıb.

Qeyd edək ki, I MDB Oyunları sentyabrın 4-dən 11-dək baş tutacaq. 14-23 yaşarası idmançıların mübarizə aparacağı Oyunlarda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan və Türkmənistan yığmaları iştirak edəcək. Ölkəmiz yarışda 15 növ üzrə 127 idmançı ilə təmsil olunacaq. Azərbaycanın I MDB Oyunlarında bayraqdarı məlum olub - EKSKLÜZİV Sahib Əsədbəyli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər