Azərbaycanın DÇ-yə qatılacaq çimərlik güləşçilərinin adları açıqlandı

Azərbaycanın DÇ-yə qatılacaq çimərlik güləşçilərinin adları açıqlandı

Bu həftə Rumıniyanın Konstantsa şəhərində çimərlik güləşi üzrə ilin ən önəmli yarışları keçiriləcək.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, sabah U-17, növbəti gün isə U-20 dünya çempionatı baş tutacaq.

Baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 8 idmançı mundialda Azərbaycanı təmsil edəcək. Yeniyetmələrin yarışında Hüseyn Sevdimov (50 kq), Ziya Göyüşov (60 kq), Vüsal Əliyev (70 kq) və Anar Cəfərli (80 kq), gənclərin mübarizəsində isə Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) uğur qazanmağa çalışacaq.

Sentyabrın 3-4-də isə Dünya Seriyasının final mərhələsi keçiriləcək. Başqa sözlə, çimərlik güləşində böyüklər arasında dünya çempionları müəyyənləşəcək. Həlledici yarışda Ramiz Həsənov (70 kq), Omid Kamaliaqdam (80 kq) və İbrahim Yusubov (90 kq) çıxış edəcək.

Qeyd edək ki, bu yarışlarda I-S kateqoriyalı Sədi Quliyev hakimlik edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər