Azərbaycanın 10 karateçisi Afinaya gedəcək

Azərbaycanın 10 karateçisi Afinaya gedəcək

Azərbaycan karateçiləri yanvarın 13-15-də Yunanıstanın paytaxtı Afinada Seriya A turnirinə qatılacaq.

Fanat.Az xəbər verir ki, yarışda ölkənin 10 idmançısı çıxış edəcək.

Kişilərdən Ramil Baxşəliyev (60 kq), Firdovsi Fərzəliyev (67 kq), Ayxan Mamayev, Hüseyn Hüseynzadə (hər ikisi 84 kq), Tural Ələkbərli və Samir İbrahimov (hər ikisi 75 kq), qadınlardan Fidan Teymurova (50 kq), Renata Ərəbli, Suada Kərimova və Ayla Rzazadə (hamısı 61 kq) turnirdə qüvvəsini sınayacaq.

Yarışda ümumilikdə 73 ölkədən karateçilər iştirak edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər