Azərbaycanı 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimində təmsil edəcək şəxslər bəlli olub. Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Festhalle" sərgi mərkəzində təşkil olunacaq tədbirə milli assosiasiyanın baş katibi Sərxan Hacıyev, yığmanın baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov qatılacaq. Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərindəki “Festhalle” sərgi mərkəzində baş tutacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da start götürəcək. Qeyd edək ki, Azərbaycan püşkatmada 4-cü səbətdə yer alacaq. Almaniya millisi ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Bundestim A qrupundakı bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.
Azərbaycanı AVRO-2024-ün püşkatmasında kim təmsil edəcək?
TREND
Azərbaycan futbolu
11:12
11.10.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
18:19
15.10.2026
"Qarabağ"ın 3 futbolçusu "Neftçi"yə qarşı oynaya bilməyəcək
Azərbaycan futbolu
11:47
13.10.2026
"Neftçi" yerlilərə inamı qoruyur, "Turan Tovuz" isə... - Bonus cədvəli
Azərbaycan futbolu
13:55
15.10.2026
Yuri Vernidub onu "Qarabağ"a qarşı oynada bilməyəcək - AÇIQLAMA
Oxşar xəbərlər
Azərbaycan futbolu
10:26
16.10.2026
Həftəiçi oyunlar bu kanallarda - AFİŞA
Azərbaycan futbolu
09:25
16.10.2026
1-ci Liqa: Bu gün lider dəyişə bilər
Azərbaycan futbolu
09:00
16.10.2026
MPL: "Şamaxı" "Şəfa"ya qarşı, "Araz-Naxçıvan"ın sonuncu pillədən xilas olmaq şansı
Azərbaycan futbolu
18:38
15.10.2026
AFFA-da 2027/2028 lisenziyalaşdırma mövsümünün açılış iclası keçirildi