Azərbaycanda peşəkar boks üzrə yarış keçiriləcək

Azərbaycanda peşəkar boks üzrə yarış keçiriləcək

Oktyabrın 29-da Şağan olimpiya kompleksində peşəkar boks üzrə yarış keçiriləcək. 

Fanat.Az xəbərinə görə, bu barədə Qaynarinfo-ya Peşəkar Boks Federasiyasının sözçüsü Ramin Məmmədzadə məlumat verib. O, yarışların İBO versiyası üzrə keçiriləcəyini açıqalyıb. 

"Azərbaycanda boks inkişaf etməkdədir. Boks Federasiyası bunun üçün çalışır. Yarışlar İBO versiyası üzrə keçiriləcək. Bundan sonra hər ay ən azı iki yarış təşkil etməyi planlaşdırmışıq. Azərbaycanda reytinqi yüksələn idmançılarımız artıb. Son iki il ərzində federasiya müəyyən işlər görüb".

Yarışlara saat 18.00-da start veriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər