Azərbaycan Yüksək Liqasının qalibi bəlli oldu

Azərbaycan Yüksək Liqasının qalibi bəlli oldu

Futzal üzrə Azərbaycan Yüksək Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.

Fanat.Az xəbər verir ki, final oyununda “Araz-Naxçıvan” və EKOL komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma Naxçıvan təmsilçisinin 9:2 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Araz Naxçıvan" tarixində 16-cı dəfə ölkə çempionu adını qazanıb.

Bürünc medal uğrunda görüşdə isə “Neftçi” İK “Baku Fire” kollektivini 6:2 hesabı ilə üstələyib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər