Azərbaycan təmsilçisinin sabiq çalışdırıcısı postundan getdi

Azərbaycan təmsilçisinin sabiq çalışdırıcısı postundan getdi

Türkiyənin "Alanyaspor" futbol klubunun baş məşqçisi Bülent Korkmaz istefa verib.

Fanat.Az Superliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında vaxtından əvvəl pozulub.  Qardaş ölkənin mətbuatında yayılan informasiyalara inansaq, onu italiyalı Françesko Farioli əvəzləyəcək.

"Qalatasaray"ın sabiq müdafiəçisi bu ilin sentyabrından "Alanyaspor"u çalışdırırdı.

Korkmaz 2009-2010 mövsümündə "Bakı"nın baş məşqçisi olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər